Leyla Əliyeva Azərbaycanda "Avroviziya” yarışmasının keçiriləcəyi yeri açıqladı
"Azərbaycanda "Avroviziya” müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir. Buradan açılan cazibədar panorama indidən adamı çəkir”
Modern.az saytının xəbərinə görə, bu sözləri Heydər Əliyev Fondunun Rusiya nümayəndələiynin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu "Baku” jurnalının iyul sayında yazdığı məqalədə qeyd edib. L.Əliyeva müsabiqə üçün yeni konsert kompleksinin inşa olunacağını qeyd edib.
"Bakı "Avroviziya-2012”yə hazırlaşır. Aşpazlar və stilistlər, şəhər bələdçiləri, xalça satıcıları, taksi sürücüləri, polislər - onların hamısı bu hadisəni öz şəxsi həyatında baş verən uğur kimi qəbul edir. Gözlənilən bayramda inşaatçılar özlərini ən vacib şəxs hesab edirlər. Axı, Avropadan hər zaman bir gün ərzində on minlərlə qonaq qəbul etmirsən.. Öz güclərinə inanan inşaatçılar əmin edirlər ki, "Avroviziya” müsabiqəsinə indiyə qədər olmayan həcmdə sahə hazırlayacaqlar”-deyə Leyla Əliyeva bildirib.
"Bakılılar öz təbiəti etibarı ilə nikbindirlər. Onlar inanırlar ki, bu işin öhdəsindən gələcəklər. ”Avroviziya” bayramı ən yüksək səviyyədə keçiriləcək. Yeni səviyyədə inşa ediləcək konsert kompleksi Azərbaycan paytaxtına gələcəkdə də lazım olacaq”-deyə baş redaktor vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda hələki bu nüfuzlu mahnı müsabiqəsnini keçiriləcəyi yer barədə rəsmi məlumat açıqlanmayıb.
Göründüyü kimi Təşkilat Komitəsi yeni konsert kompleksinin tikilməsinə qərar verib.
Bu kompleks Bayılda, Dövlət Bayrağı Meydanın yanında tikilir. Adının çıkilməsini istəməyən mənbə saytımıza bildirib ki, hazırda burada iki növbəli iş rejimi tətbiq olunub. Bildirlib ki, obyekt gələn ilin mart ayınadık hazır olmalıdır.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 7-də Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa ediləcək.
Pezidentin iyulun 11-də imzaladığı digər sərəncamla Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində vəsait ayrılıb.
2012-ci ilin may ayında Bakı şəhərində "Avroviziya–2012” mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılıb. Hökumət üzvlərinin təmsil olunduğu Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sədrlik edir.
İyulun 4-də Heydər Əliyev Fondunda ələn ilin mayında Bakıda "Avroviziya–2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.
Təşkilat komitəsinin sədri Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb
.
Azərbaycanın "Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə sentyabrdan başlanacaq
14 IYUN 2011
Azərbaycanın "Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə isə bu ilin sentyabrından başlanması nəzərdə tutulur. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşməyib. Azərbaycan təmsilçisinin kimliyinin yanvarın sonlarında məlum olacağı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan builki yarışmanın qalibi olduğu üçün növbəti il birbaşa finalda çıxış etmək şansı qazanıb. Təmsilçimiz mayın 26-da keçirilməsi nəzərdə tutulan "Eurovision-2012” müsabiqəsinin finalında çıxış edəcək.