Dünya çempionatında rəqiblərimiz bəlli oldu
2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atıldı. Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunacaq mundialın püşkatması Rio-de-Janeyro şəhərində keçirildi. Tədbir "Marina-da-Qloriya” Yaxt-klubunun mənzərəli buxtasında gerçəkləşdi.
200-dən çox, o cümlədən ölkəmizdə izlənə bilən Türkiyənin TRT3 kanalı ilə yayımlanacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşdi. "Yekədiş” ləqəbli braziliyalı Ronaldo və "Flamenqo”nun 16 yaşlı yarımmüdafiəçisi Adrianın çıxardığı Avropa zonasının püşkatması zamanı 9 seçmə qrupun tərkibi bəlli oldu.
AVROPA ZONASI
A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels
B qrupu: İtaliya, Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan, Malta,
C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adları, Qazaxıstan
D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra
E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya
F qrupu: Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, AZƏRBAYCAN, Lüksemburq
G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və herseqovina, Litva, latviya, Lixtenşteyn
H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San Marino
İ qrupu: İspaniya, Fransa, Belarus, Gürcüstan. Finlandiya
Azərbaycanlı güləşçi ermənini məğlub edərək dünya çempionu oldu
27 IYUL 2011 [13:35
Milli.Az xəbər portalının verdiyi xəbərə görə, 50 kq çəkidə çıxış edən yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı Rumıniyanin paytaxtı Buxarestdə keçirilən gənclərin Dünya birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub.
Mübarizəyə 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan üzərinde qələbə ilə başlayan (2-0, 2-0) Vilayət daha sonra Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib. (6-0, 1-0).
Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib: 5-0, 1-0. Nəhayət, həlledici qarşılaşmada Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üzə gelib ve ilk yarıda 1-0 hesabı ilə üstün olub. 2-ci hissədə hesab 3-0 Vilayətin xeyrinə olarkən rəqibin bilərəkdən və ya bilməyərəkdən ona əsl boksçu zərbəsi ilə üzünə vurması nəticəsində idmançımız ciddi xəsarət alıb.
Belədə, hakimlər vəziyyəti nəzərə alaraq Qazaxıstan güləşçisinə xəbərdarlıq verməklə Vilayətin qalib gəlməsini elan ediblər

Avropanın ən güclü çempionatı İngiltərə Premyer Liqası oldu
open.ucoz.net: Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası bu günkü açıqlamasında Avropanın futbol çempionatlarının 2001-2010-cu illərin nəticələrinə əsasən, reytinqini açıqlayıb. Azərbaycan "Premyer Liqa”sı 48 çempionat arasında 44-cü yerdə qərarlaşıb. Birinci yerə isə digər "Premyer Lİqa” – İngiltərə çempionatı layiq görülüb. İspaniya "La Liqa”sı 2-ci, İtaliya "A seriya”sı 3-cü yerə sahib çıxıb. Sıralama belədir:
1. İngiltərə
2. İspaniya
3. İtaliyaə
4. Almaniya
5. Fransa
6. Hollandiya
7. Portuqaliya
8. Türkiyə
9. Yunanıstan
10. Belçika
…
12. Rusiya
13. Ukrayna
33. Gürcüstan
41. Ermənistan
44. AZƏRBAYCAN
45. Uels
46. Qazaxıstan
47. Malta
48. Lüksemburq
1. İngiltərə
2. İspaniya
3. İtaliyaə
4. Almaniya
5. Fransa
6. Hollandiya
7. Portuqaliya
8. Türkiyə
9. Yunanıstan
10. Belçika
…
12. Rusiya
13. Ukrayna
33. Gürcüstan
41. Ermənistan
44. AZƏRBAYCAN
45. Uels
46. Qazaxıstan
47. Malta
48. Lüksemburq