Ca, 28.11.2024, 18:44
Xoş Gəlmişsiniz Qonaq | Qeydiyyat | DAXİL OL

OPEN

Menyu
Sorğu
Ən Keyfiyyətli Kompüter Brendi
Ümumi Cavablar: 40
Statistika

Online 1
Qonaqlar 1
İstifadəçi 0
DAXİL OL
Axtar
Arxiv

Arxiv



Təhsil Nazirliyi "Eurovision"la əlaqədar məktəblərdə dərslərin keçirilmə tarixini açıqladı

27 IYUL 2011 [14:08]
Azərbaycan Təhsil Nazirliyi "Eurovision-2012" musiqi yarışmasının gələn ilin mayında Bakıda keçirilməsi ilə əlaqədar orta məktəblərdə dərslərin başlanma və qurtarma tarixlərinin dəyişdirilməsi barədə yayılan informasiyaya rəsmi münasibət bildirib.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov OPEN-ə verdiyi açıqlamasında bu məlumatların tamamilə yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, artıq 2011-2012-ci dərs ili üçün tədris planı təsdiq olunub və məktəblərə təqdim edilib. Tədris planına dair qeydlərə də heç bir dəyişiklik edilməyib.

Aydın Əhmədov deyib ki, 2011-2012-ci tədris ilində də dərslər ötən illərdə olduğu kimi sentyabrın 15-də başlayacaq və mayın 31-də yekunlaşacaq.
14 07 2011 Paylaş

Qəbul imtahanlarında minimum keçid balının aşağı salınması ənənəsi çoxlu, həm də ziddiyyətli suallar yaradıb

2011/2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının yarısı artıq arxada qalıb. İyulun 3-də III və iyulun 10-da I ixtisas qrupu üzrə keçirilən imtahanların nəticələri də artıq bəllidir. Bu imtahanlarda III qrup üzrə 30981, I ixtisas qrupda isə 32450 abituriyent iştirak edib. Builki qəbul imtahanlarının yekun nəticələri barədə danışmaq hələlik tez olsa da, kampaniyanın indiyə qədərki mərhələsi bəzi mühüm məqamları artıq üzə çıxarıb. Ən mühüm məqamlardan biri odur ki, bu il III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin əhəmiyyətli hissəsi 0-100 bal arası nəticə göstərib. Hətta bu qrupda 0 bal nəticə göstərən abituriyentlər var. Bir necə abituriyentin bilik səviyyəsi isə yalnız 1 və 2 bal toplamağa kifayət edib. Elə bu səbəbdən də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yenə də III ixtisas qrupunda müsabiqədə iştirak üçün minimal keçid balını 300-dən 250-yə endirdi. I ixtisas qrupunda isə minimal keçid balı 250-dən 200-ə salınıb.

Bəs, görəsən, minimal keçid balının aşağı salınması nəyi dəyişəcək? Belə vəziyyətlərdə keçid balının aşağı salınması yeganə çıxış yoludurmu? Ümumiyyətlə, ali məktəblərə qəbul zamanı müxtəlif ixtisas qruplarında minimum keçid balı necə formalaşır və TQDK-nın bunu əvvəlcədən müəyyənləşdirməsi nə dərəcədə düzgündür?

Bəri başdan deyək ki, III qrupda minimum keçid balının niyə aşağı salındığına TQDK sədri Məleykə Abbaszadə imtahandan bir neçə gün sonra özü aydınlıq gətirib. Komissiya sədri deyib ki, III ixtisas qrupu abituriyentlərinin müsabiqədə iştirak üçün minimal balı 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə təxminən 1000 plan yeri boş qalacaqdı. Onun sözlərinə görə, iyulun 3-də keçirilən imtahanın nəticələrinə görə, III qrupda 250 baldan çox nəticə göstərən abituriyentlərin sayı 8981-dir. 350 bal toplayanların sayı isə bundan ən azı 1000 nəfər azdır. Bu səbəbdən də TQDK III ixtisas qrupu üçün ayrılmış plan yerlərinə qəbulda müsabiqə vəziyyətinin yaradılması məqsədilə keçid balını 300-dən 250-yə endirib.

Beləliklə, bu il III ixtisas qrupu üzrə ali məktəblərə sənəd vermiş 32870 abituriyentdən 1889-u imtahana gəlməyib. İmtahanda iştirak edənlərin isə 8981 abituriyent 250-dən yuxarı bal toplayaraq, ixtisas seçimi mərhələsinə vəsiqə qazanıb. Bu qrupda plan yerlərinin sayı isə 8814-dür və belə çıxır ki, III ixtisas qrupunda müsabiqəyə buraxılan hər kəsin tələbə adını qazana bilmək imkanı builki qədər yaxın olmayıb. Çünki ilk dəfə olaraq, bu qrupda müsabiqə vəziyyəti demək olar ki, yoxdur, bir yerə bir nəfər düşür. Amma məsələ ondadır ki, bu qrupda dövlət sifarişli yerlərin müsabiqəsində yalnız 350 baldan yuxarı nəticə göstərən abituriyentlər iştirak edə bilər.

Xatırladaq ki, bu il III qrupda dövlət sifarişli ixtisaslara 2099 plan yeri ayrılıb. Bu yerləri tuta bilmək üçün lazım olan 350 baldan yuxarı nəticə göstərənlərin sayı isə 4525 nəfərdir. Bu, o deməkdir ki, III qrupda dövlət sifarişli yerlərin müsabiqəsində bir yer üçün təxminən 2 abituriyent mübarizə aparacaq.