B, 05.05.2024, 07:17
Xoş Gəlmişsiniz Qonaq | Qeydiyyat | DAXİL OL

OPEN

Menyu
Sorğu
Ən Keyfiyyətli Kompüter Brendi
Ümumi Cavablar: 40
Statistika

Online 1
Qonaqlar 1
İstifadəçi 0
DAXİL OL
Axtar
Arxiv

Show-Biznes



Həyasızlığı ilə Xatirə İslamı şoka salmış müğənni kimdir? - FOTOSESSİYA

28 IYUL 2011 [11:54]  OPEN.UCoZ.NET
Azərbaycan müğənniləri arasında qruplaşma var.
Milli.Az xəbər portalının məlumatına görə, bunu Day.Az saytına müsahibəsində populyar müğənni Xatirə İslam bildirib. "Onlar öz qruplarına heç kimi buraxmırlar. Hətta qrup üzvlərindən hansısa başqa şəxslərlə də dostluq edirsə, bu şəxsi qrupdan qovurlar", - deyə Xatirə İslam bildirib.

Onun özünün isə şou-biznesdə dostu yoxdur. Müğənnilər arasında dostluğu mümkünsüz sayan ifaçı belə dostluğun təxminən bir ay sonra mübahisə ilə bitdiyini bildirir: "Odur ki, həmkarlarım məndən inciməsinlər, mən hamı ilə məsafə saxlayıram. Xüsusilə bəzi gənclərin bu məsələdə davranışını bəyənmirəm".

Konkret ad çəkməkdən imtina edən müğənni deyib: "Bircə onu deyə bilərəm ki, söhbət "Yeni ulduz" müsabiqəsinin iştirakçılarından birindən gedir. Dostların əhatəsində o, özünü göstərməyə çalışaraq, mənə "sən" deyə müraciət etdi. Mən onun bu həyasızlığından şoka düşsəm də, özümü ələ almağa çalışdım. Belələri mənə "Xatirə" deyə müraciət etdikdə elə bil başıma qaynar su tökürlər! Məni yaxından tanımayanlar üçün mən "Xatirə" yox, "Xatirə xanım"am!"

Azərbaycanlı müğənni bədən ölçülərini açıqladı

27 IYUL 2011 [15:58] 
Populyar Azərbaycan müğənnisi Sevda Yəhyayeva bədən ölçülərindən danışıb.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, əsl ulduzun necə görünməli olduğu haqda fikirlərini açıqlayan Sevda deyib: «Müğənninin yaxşı vokal imkanları ilə yanaşı, 90-60-90 ölçülü gözəl bədənə də malik olmalıdır. Səhnə və tamaşaçılar gözəlliyi sevir. Əlbəttə, hamı eyni cür görünməli deyil. Elə müğənnilər var ki, qeyri-standart bədən ölçülərinə baxmayaraq, tamaşaçıların layiqli sevgisini qazana bilib. Amma şəxsən mənimçün xarici görünüş, səhnədə necə görünməyim səsim qədər önəmlidir».

S.Yəhyayeva bədən ölçülərinin 88-58-88 olduğunu bildirib.