B, 05.05.2024, 08:22
Xoş Gəlmişsiniz Qonaq | Qeydiyyat | DAXİL OL

OPEN

Menyu
Sorğu
Ən Keyfiyyətli Kompüter Brendi
Ümumi Cavablar: 40
Statistika

Online 1
Qonaqlar 1
İstifadəçi 0
DAXİL OL
Axtar
Arxiv

Futbol


Dik Advokat: "Azərbaycan sürpriz edə bilər”

Rusiyanın futbol yığmasının baş məşqçisi püşkün nəticəsinə münasibət bildirib


2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupa düşən Rusiya millisinin baş məşqçisi Dik Advokat püşkatmanın nəticələrinə münasibət bildirib. ANS PRESS-in "Sovetski Sport”a istinadən verdiyi xəbərə görə, hollandiyalı mütəxəssis müsahibəsində bildirib ki, Azərbaycan Rusiya ilə oyunda sürpriz edə bilər.


"Azərbaycan və Ermənistan kimi komandalar həmişə Rusiyaya qarşı oyuna yaxşı köklənirlər. Berti Foqtsun komandası sürpriz edə bilər. Onlar bu yaxınlarda özlərindən xeyli güclü türkləri məğlub etdilər. İsraillə oyundan da ehtiyat etmək lazımdır. Belə başa düşdüm ki, Rusiya ilə İsrail sıx münasibətlərə malikdir, orada çoxlu rus yaşayır. Ona görə, bunu da Azərbaycanla oyun kimi özünə məxsus derbi adlandırmaq olar. Heç kimlə asan olmayacaq”, - deyə hollandiyalı mütəxəssis bildirib. 

Xatırladaq ki, iyulun 30-u Braziliyanın Rio-de-Janeyro şəhərində final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi baş tutub. Püşkatmanın nəticəsinə görə, Azərbaycan yığma komandası F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.

"Brügge" "Qarabağ"ı darmadağın etdi

4938

 

"Qarabağ" bu dəfə bacarmadı. Son iki mövsümdə Avropa Liqasında qrup mərhələsinin bir addımlığına qədər irəliləyən komandamız bu dəfə III təsnifat mərhələsində ilişdi. İlk iki mərhələdə Litvanın "Banqa" və Farer adalarının "Streymur" komandalarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri ilk ciddi sınaqdan böyükhesablı məğlubiyyətlə ayrıldı.

"Brügge"nin qonağı olan komandamız 1:4 hesabı ilə uduzdu. Hesabı 9-cu dəqiqədə Byorn Vleminks açdı. 55-ci dəqiqədə Viktor Vaskes fərqi iki topa çatdırdı. 62-ci dəqiqədə Rauf Əliyev qızıla bərabər qol vursa da, "Qarabağ" hesabı qoruya bilmədi. 71-83-cü dəqiqələrdə Rayan Donk və Nabil Dirarın qollarına üzülən komandamız vətənə böyükhesablı məğlubiyyətlə dönməli oldu.

Bu nəticədən sonra komandanın mərhələ adlaması mümkünsüz görünür. İndi "Qarabağ" meydana şərəf matçı üçün çıxmalı olacaq.

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu


23:30. "Brügge" - "Qarabağ" - 4:1 (İkinci hissə)
Qollar: Byorn Fleminks, 9 (1:0), Vaskes, 55 (2:0), Rauf Əliyev, 62 (2:1), Donk, 71 (3:1), Dirar, 83 (4:1) 
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.


"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 2. Qara Qarayev (Zaur Həşimov, 78), 17. Vüqar Nadirov (İlqar Qurbanov,10 ), 24. Admir Teli, 22. Əfran İsmaliyov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, İlqar Qurbanov, Nderim Necipi


"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredirix Stenman, 6. Niki Zimlinq, 8. Lior Refailov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocidca


Argentina milli komandası üçün yeni baş məşqçi

29 IYUL 2011 [14:35] 
Argentina milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyası bu vəzifəyəAlexandro Sabellanı təyin edib. 56 yaşlı argentinalı mütəxəssis bunadək yerli "Estudiantes" klubunu çalışdırırdı. Sabella Amerika Kubokundakı uğursuzluqdan sonra istefaya göndərilən Serxio Batistanı əvəzləyib. Sonuncu, millini 8 aydır - Dieqo Maradonanın DÇ-2010-dakı uğursuzluq nəticəsindəki istefasından sonra çalışdırırdı.